Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq
26 May 2023 13:32 SosialAzad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq.
Olaylar.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, ANAMA minatəmizləmə prosesində yeni texnikalardan istifadə edir.
"Bilirsiniz ki, artıq Azərbaycan minatəmizləyən maşın istehsal edir. Bu il ərzində biz həmin yerli istehsal minatəmizləmə maşınlarından istifadə edəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31