Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi
26 May 2023 11:19 SosialAzərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına video müraciətində Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon deyib.
O bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək.
O deyib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. BMT rəsmisi qeyd edib ki, ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31