Unutmaq olarmı sizi şəhidlər ?....- ÖZƏL - FOTO
26 May 2023 10:14 Sosial
Şəhid Ruslan Nəcəf oğlu Cəfərlinin mövlud günü qeyd edilib
Hər kim vətən yolunda canın qurban veribdi, o vətən üçün doğmadı, o vətən üçün əzizdi.O əzizlərin əzizi şəhidlərimizdir şübhəsiz. Şəhidləri yad edək, xatırlayaq hər zaman. O şəhidlərdən, igid oğullardan biri də Cəfərli Ruslan Nəcəf oğludur. Ruslan 25 may 1995 ci il tarixində Bozayran kəndində dünyaya gəlmişdir. Sonradan ailə Mingəçevir şəhərinə köçmüşdür. Ruslan körpəlikdən bu şəhərdə böyümüş, orada təhsil almışdır....İkinci Qarabağ müharibəsinin iştirakçısı olaraq bir çox döyüşlərdə mərdliklə vuruşub. O baş atıcı kimi düşmənlərin layiqli cavabını verməyi bacarıb. Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə şəhadətlik zirvəsinə ucalmışdır. 21 noyabr 2020 ci il tarixdə Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ruslan evin yeganə, tək oğlu olub. Bu gəncin çox arzuları yarımçıq qalsa da onun Vətəninə olan sevgisi tükənməyib heç zaman. Vətən, torpaq yolunda şəhadətlik zirvəsinə yüksəlib....
25 Mayda doğma Bozayran kənd tam orta məktəbində şəhidimizin mövlud gününə həsr edilmiş tədbir keçirilib. Olaylar xəbər verir ki, bubarədə şair Əlisəfa Əhmədoğlu məlumat verib: "Tədbirin aparıcısı olan dil-ədəbiyyat müəllimi Xəqani Paşayev şəhidin keçdiyi döyüş yolundan söhbət açdı. Bu tədbirin ərsəyə gəlməsində böyük zəhməti olan Xəqani müəllim, Nuranə müəlliməyə və məktəb kollektivinə təşəkkür edirik. Məktəblilərin ifasında bir birindən təsirli, maraqlı şeirlər dinlənildi. Tədbirdə iştirak edən kəndin ziyalıları, şəhidin yaxınları Ruslanı bir daha xatırladılar. Tədbirdə şəhidin əmisi Məmiş Cəfərov, Təhsil şöbəsindən Vaqif Əzizov, məktəbin direktoru Seymur Hüseynov kəndin ziyalısı Gündüz Manafov və mən qəhrəman şəhidimiz haqqında danışdıq. Şəhidin ruhuna ehtiram olaraq şeir səsləndirdim. Şəhid Ruslan Cəfərlinin adına sinif otağı da açılmışdır...Mən şəhidimizin atası Nəcəf kişiyə Allahdan səbr diləyirəm. Ruhun şad olsun əziz şəhidimiz..."

