Naxçıvanda DYP rəisi təqaüdə göndərildi

Naxçıvan Muxtar Rüspublikasının Culfa Rayon Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəisi vəzifəsindən azad edilib.

Bu barədə Trend-ə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Culfa rayon DYPİ-nin rəisi, polis mayoru Davud İmanov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

"Onun yerinə hələlik təyinat yoxdur", - nazirlikdən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31