Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı dünya kubokunda bürünc medal qazanıb

Türkiyə Respublikasının İstanbul şəhərində kikboksinq idman növü üzrə keçirilən WAKO dünya kubokunda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Rövşanə Əsgərova uğurla çıxış edərək bürünc medal qazanıb. 

42 ölkəni təmsil edən 3500-dən artıq idmançının iştirak etdiyi yarışda kikboksinqin "point fighting" döyüş növü üzrə Azərbaycan milli yığma komandasını üç nəfər təmsil edib.

Qeyd edək ki, yarışı üçüncülüklə başa vuran Rövşanə Əsgərova kikboksinqin "point fighting" döyüş növündə böyüklər arasında ilk kuboku Azərbaycana gətirib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31