Ali Məhkəmə sədri: İctimaiyyətlə əlaqələri genişləndirmək üçün səyləri artırırıq
25 May 2023 10:57 Sosial"Ali Məhkəmə olaraq biz də ictimaiyyətlə əlaqələrimizi genişləndirmək istiqamətində səylərimizi artırırıq".
APA xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, Ali Məhkəmənin qərarları anonimləşdirilməklə elektron saytda dərc edilir: "Eyni zamanda, bizim mətbuat xidməti media qurumları ilə sıx əməkdaşlıq edir. Ali Məhkəmənin rəsmi elektron saytı ilə yanaşı, sosial şəbəkələrdə də hesabları fəaliyyət göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31