Şəhid ailələri və müharibə əlillərinə 13 560 mənzil və fərdi ev verilib
24 May 2023 16:06 SosialŞəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, dövlət başçısının göstərişinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı 2018-2023-cü illərdə 5 dəfə genişlənib.
Qeyd olunan dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31