Universitetlər arasında intelektual yarış keçirilib - FOTO
24 May 2023 14:00 SosialBakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə mayın 23-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bakı şəhərinin 12 ali təhsil müəssisəsi arasında "NHN"+ "Brain ring" formatında intellektual yarış təşkil olunub. "Olaylar" xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov məlumat verib. Bildirib ki, bilik yarışında ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət Neft və Sənaye Universiteti, Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Slavyan Universiteti, Dövlət Gömrük Akademiyası və Dövlət İqtisad Universitetinin komandaları iştirak ediblər.
