Davud Məmmədliyə şəhid statusu veriləcək

Bu gün xidmətdə olarkən ildırım vurması nəticəsində faciəvi şəkildə həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu veriləcək.

Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.

 
 

Qeyd edək ki, bədbəxt hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31