Nazir müavini İsmayıllıda vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 26 may 2023-cü il tarixində İsmayıllı şəhərində (ünvan: İsmayıllı rayon Mədəniyyət Mərkəzi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31