Məişət zorakılığından zərər çəkmiş 160-a yaxın şəxsi reabilitasiya xidmətləri ilə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə məişət zorakılığından zərər çəkmiş 33 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan 10 nəfəri valideyn, 23 nəfəri isə uşaqlardır. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, həmin şəxslər Agentliyin müvafiq müəssisəsində yerləşən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində reabilitasiya xidmətləri ilə əhatə olunublar. 2021-ci ildən fəaliyyət göstərən həmin şöbədə ötən dövrdə 160-a yaxın şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Müasir tələbələrə uyğun şəraitin yaradıldığı şöbəyə qəbul olunan şəxslərin ilkin tibbi müayinəsi və psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, sosial-hüquqi və psixoloji dəstəklə təmin edilmələri, mədəni-asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.

Bu işlər fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində yerinə  yetirilir. Şöbənin xidmətlərinə ehtiyac duyan şəxslər Agentliyin 116 123 "Qayğı" Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər. Çağrı Mərkəzinin 24 saat fəaliyyətdə olan 2-ci xətti məhz məişət zorakılığı ilə bağlı müraciətləri qəbul edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31