Kommunal sahədə güzəştlər olmalıdır  - ÖZƏL

"Ölkədə komunal sahədə güzəştlər olmalıdır.Ölkəni işsizlik bürüdüyü bir halda komunal xərcləri ödəmək çox çətindir.İşsizliyi və gəlirlərin azlığını da nəzərə alsaq, deyə bilərik ki, kommunal xərcləri ödəmək insanlar üçün hazırkı məqamda kifayət qədər ağırlaşıb ".  Olaylar xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin  sözlərinə görə, qış aylarında kombi sisteminə qaz çatdırım olmur,yay aylarında isə kondisenerə işiq.Hər ikisində də limit.Limiti keçdikdə isə ikiqat ödəniş.Heç olmasa qaz və işığa dövlət dəstəyi verilməli olsa yaxşı olardı.Kommunal ödənişlər mövsümü olaraq azalsa və ya bir neçə aylıq tələb olunmasa, daha yaxşı olar.Qonşu Gürcüstanda bu sahədə pensiyaçılara güzəştlər verilir.Nəzərə alsaq ki,bu gün insanların iqtisadi durumu heç də yaxşı deyildir.Günü gündən bahalaşan ərzaqlar,hər kəsi düşünməyə vadar etməlidir.Aldığımız məvacib,aylıq tələbata dərmana zorla çatır.Ölkə boyu hər kəs qaz və elektrik enerjisinə qoyulmuş limitdən narazılıq edir.Bütün bunları nəzərə alıb güzəştlər edilsə yaxşı olardı. Təəssüf ki, kommunal xərclərə edilməli güzəştlər hələ də gecikdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31