Mayda bu tarixlərdə iş olmayacaq - TƏQVİM
3 Aprel 2023 11:15 SosialMay ayında 3 gün qeyri-iş günü olacaq.
Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ilin may ayında 9 May - Faşizm üzərində Qələbə günü, 28 Mау - Müstəqillik Günü münasibətilə iş olmayacaq.
Bununla yanaşı, 28 May bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət gününün yeri dəyişir və 2023-cü il mayın 29-u qeyri-iş günü hesab olunur.
Metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31