"Namus" sözü cinayətə kölgədir- ARAŞDIRMA
25 Noyabr 2022 09:52 Sosial"Namus" termininə xüsusilə, bu cinayətlərin törədilmədiyi ölkələrdə rast gəlinmir
Sosial şəbəkələrdə qarşımıza çıxan istintaq videoları göstərir ki, ölkədə qadın cinayətlərinin böyük hissəsi qısqanclıq zəmnində törədilir. Eyni zamanda ərinin başını yumadığı üçün qətlə yetirilən hamilə qadın, telefon işlədir deyə atası tərəfindən boğularaq öldürülən qız da kişi cinayətinin qurbanına çevrilib. Bütün bunlar isə zaman keçdikcə statistikada bir rəqəm olaraq tarixə qovuşur.
Cəmiyyətin bizə aşıladığı namus qavramı nə üçün ancaq qadına köklənib?
Bütün dünyada "namus" qavramı necə qəbul edilir?
Namus qavramı- Nəyə görə bunun üçün cinayətlər törədilir?
Oksfordun izahlı lüğətində namus anlayışı nəyin əxlaqi cəhətdən düzgün və nəyin doğru olduğunu bilmək kimi tərif edilir. Türk Dil Qurumunun lüğətində isə cəmiyyətin əxlaq və dəyərlərinə sədaqət, iffət, namus, doğruluq şəklində müəyyən edilir. Türk cəmiyyətində namusla əlaqələndirilə bilən bir çox termin mövcuddur. Şərəf, ləyaqət, həya, ədəb, qürur, ləyaqət kimi terminlər fərdlərin statusuna və onların özünü dərk etməsinə işarə edən anlayışlardır.
Əxlaqa qoyulan sosial ölçü fərdlərin cəmiyyət arasındakı davranışlarını müəyyən edir. Cəmiyyətdə mədəni bağlantının yaranmasını təmin edən əsas prinsip əxlaqdır. Sosial qrup olaraq ailə qruplar arasında birinci yerdədir. Ailədə onun üzvlərindən birinin namusla bağlı yaşadığı problem bütün ailə üzvlərinə təsir göstərir. Türk toplumlarında ailənin namusu bir dəfə ləkələndikdən sonra o, tamamilə məhv olacaq yanaşması tam olaraq qəbul edilib. Bütün bunlara görə şərəf fərdi olaraq deyil, qazanılan, paylaşılan bir şeydir. O, cəmiyyətə məxsusdur və nəsildən-nəslə ötürülür.
Bu, ataların, əcdadların nəsillər boyu daşıdığı bir xüsusiyyət deyil, həm də doğulmamış ailə üzvlərinin həyatı da bundan asılıdır. Bu kontekstdə şərəf ailənin cəmiyyətdəki nüfuzunu müəyyən edən element kimi dəyərləndirilir türk toplumlarında.
Gündəlik həyatda qadınlar baxımından əgər namusdan bəhs edilirsə, bu, ilk növbədə şəxsin cinsi mənası ilə bağlıdır. Bu baxımdan ictimai elm adamları tərəfindən namus mədəniyyəti və hüquq mədəniyyəti arasında fərqlər qoyulub.
Patriarxal cəmiyyətlərdə sosial nəzarətlə yanaşı, sosial zülm, utanc, təcrid və ayrı-seçkilik yaranır.
Hüquq sistemi ənənəvi cəmiyyətlərdə daha çox mənəvi sanksiyalara və şərəfə söykənir.
Əmir Jafrinin sözlərinə görə, şərəf əslində intellektual olaraq qurulur. Başa düşülən deyil, daha çox gizli davranış vasitəsilə nəsillər arasında ötürülən bir fenomendir. Hiss olunan və reflekslə cavab verən hiss, anlayışdır.
Ortaya çıxan bütün fərqliliklərə baxmayaraq, hər bir mədəniyyətdə insan məsuliyyətli və dürüst olmasını istəyən normalar mövcuddur. Namus qavramına fərqli terminlərlə də olsa bütün cəmiyyətlərdə rast gəlinir. Ancaq, bunun cinayət səbəbi olub-olmaması toplumlarda inşa edilən düşüncə tərzi ilə bağlıdır. Namusun cinayət olan üzü doğruluq, dürüstlük kimi digər vacib qavramları kölgəsində qoyub.
Fərqli cəmiyyətlərdə namus cinayətləri olurmu ?
Namus cinayətlərinin səhv olduğu qədər bu terminin özü də əslində yanlışdır. Qətli dürüstlük və düzgünlüklə bağlı terminlə bağlaşdırmaq bir növ qətlin qanuniliyinə qapı açan bir vəziyyət deməkdir.
Cinayətlərə "namus" sözünün əlavə edilməsi cinayətin mənasına kölgə salır. Elə bil bu qətl hadisəsi deyil, başqa bir şey kimi qəbul edilir. Bu, cinayətlərə chr("39")namuschr("39")u əlavə etmək, eyni zamanda qatillərə rəğbət duyulmasına səbəb ola bilir. Namus cinayətləri patriarxal toplumlarda cinayəti maskalamağa çalışan, milli və dini cəhətdən təsdiq edilən qavram kimi insanlara satılır.
Qətl törətməyin isə milli və dini heç bir anlayışda yeri yoxdur.
Dünyada Orta Şərq, Latın Amerikası, Cənubi Asiya, Çin və Hindistan kimi ölkələr qadın cinayətləri törədilir. Banqladeş, Braziliya, Ekvator, Misir, Hindistan, İsrail, İtalya, Ürdün, Fas, Pakistan, İsveç, Türkiyə, Uganda ve Böyük Britaniya da bu kimi cinayətlərin meydana gəldiyi ölkələr sıralamasında yer alır.
Araşdırmalar nəticəsində "namus" termininə xüsusilə, bu cinayətlərin törədilmədiyi ölkələrdə rast gəlinmədiyi məlum olub.
ABŞ "namus" səbəbindən hər il beş mindən çox qadının qətlə yetirildiyini açıqlayıb. Namus cinayətləri ümumiyyətlə müsəlman ölkələri ilə əlaqələndirilir. Bunu izah etmək üçün istifadə edilən arqumentlərdən biri, bu mədəniyyətlərdə namus anlayışının necə tanınması ilə bağlıdır.
Bunun kimi mədəniyyətlərdə namusun cinsi mənası üstünlük təşkil edir və qadınlara aiddir. Vəziyyətin kritik əhəmiyyət kəsb etdiyi cəmiyyətlərdə zorakılıq həll yoludur.. "Namusun çirklənməsi" və onun qanla təmizlənməsi anlayışı belə toplumların ənənələrində qurulur.
Müsəlman ölkələrində namus cinayətlərinin çox olmasının başqa səbəb odur ki, bu ölkələrin qanunlarında belə cinayətlərə qarşı çəkindirici müddəalar yoxdur. Onların olmaması, təhriketmə və "yaxşı" hal kimi cəza endirimlərinə açıq olması ilə bağlıdır. Ərəb ölkələrində namusla bağlı olan müddəaların hər biri qatilin lehinə olan hökümlərdən ibarətdir.
Araşdırmaçılar hər nə qədər qətllərin müsəlman cəmiyyətləri arasında yüksək olduqlarını etiraf etsələr də, hindular, sikxlər, buddistlər, həmçinin (əsasən ərəblər) xristianlar və yəhudilər arasında da müşahidə olunduğunu vurğulayır. Quran və digər dini kitablarda bu kimi qətllərə qarşı xoşgörülü baxış olmadığı da dəfələrlə qeyd olunur.
İslamın qatillər və digərləri tərəfindən yanlış şərh edilməsi ailə qavramına "potensial çətinlik" və ya "potensial təhlükə" yaradır. İnsanları haqsız yerə öldürmək ən böyük günahlardandır. Namus qətlləri, şübhəsiz ki, qadınlara qarşı zorakılığın ən faciəvi ölçüsüdür. Bu hadisə təbii ki, qlobal xarakter daşıyan patriarxiyadan müstəqilqiymətləndirilə bilməz. Qətllərin bir qrup və ya cəmiyyətə xas vəziyyət olmadığını, qadınların oxşar səbəblərdən bütün dünyada zorakılığa məruz qaldığını və öldürüldüyü bildirilir. Patriarxiya qadınları idarə etmək üçün xüsusilə zorakılıqdan istifadə edir.
Söhbət irqi və ya etnik fərqlərdən getmir. Bu, iqtisadi, siyasi və demokratiya kontekstində cəmiyyətin inkişafı ilə cəmiyyətlərdə güc və onun paylanması ilə bağlı vəziyyətdir.
Cəmiyyətin insan həyatında çox rol oynadığı toplumlarda sosial nəzarət və təzyiq yüksəkdir. Ən şəxsi qərar belə ailənin razılığını tələb edir. Bu vəziyyət xüsusilə evlilik, boşanma və namus kimi məsələlərdə. Bu mövzuda insanın şərəf faktı insanın özündən çox sosial mühitə aiddir. Ailə namus anlayışı ilə əlaqəlidir və buna görə də namus qətli əslində ailənin ictimai nüfuzunun bərpası kimi görünür. Cinayət ailənin cəmiyyətdə mövcudluğunu saxlamaq
"viza" rolunu oynayır.
Araşdırmamız nəticəsində məlum olur ki, qadın cinayətlərinin fikri olaraq qarşısını almaq indiki hal üçün mümkün deyil. Bunlar bizə toplum tərəfindən aşılanan fikirlərdir. Bu, fikirləri silib, sağlam bir cəmiyyət yaratmaq üçün gələcək nəsillərə örnək davranışlar sərgiləməliyik.
Əfsanə Kamal