Astara rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb- ÖZƏL

Astara 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Astara 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Astara, Yardımlı və Lerik rayonu üzrə vətəndaşlar 1 sentyabr 2026-cı ildən etibarən Astara 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Astara 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın direktoru: Məmmədli Nərmin Süleyman qızı
Ünvan: Astara şəhəri, Heydər Əliyev pr. 42A
 Telefon: +994 (55) 316 55 52; +994 (50) 609 83 33
 E-mail: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31