Veronika Zonabenddən Bakıya çağırış: “Sülh müqaviləsi fondunda xoş məram göstərmək şansı” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend "Forbes Woman" nəşrinə müsahibəsində qadınlardan ibarət qumanitar missiyanın Bakıya gözlənilən səfərini dəyərləndirib. O bildirib ki, bu təşəbbüs sülh müqaviləsinin müzakirə olunduğu bir dövrdə Azərbaycan tərəfi üçün real xoş məram nümayiş etdirmək şansıdır. Zonabend təşəbbüsün sırf humanitar xarakter daşıdığını, məqsədin Azərbaycanın Ombudsmanı ilə görüşmək və saxlanılan şəxslərə yaxınlarının məktubları ilə bağlamalarını çatdırmaq olduğunu vurğulayıb.

Zonabend humanitar missiyanın təhlükəsizliyi ilə bağlı narahatlıqların olduğunu, eləcə də Azərbaycan Ombudsmanı Səbinə Əliyevaya məktub ünvanladığını diqqətə çatdırıb. Həmçinin Ruben Vardanyanın bu məsələ ilə bağlı Ermənistan rəhbərliyinə və Ombudsmanına müraciətlər etdiyini, lakin rəsmi İrəvandan konkret addımlar görmədiklərini bildirərək Ermənistan hökumətini öz vətəndaşlarının taleyinə biganə qalmamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31