Naməlum iş adamı hər gün bu məsciddə 150-170 oruc tutan müsəlmana iftar verir...
28 Aprel 2022 14:23 SosialNaməlum iş adamı bütün Ramazan ayı ərzində Qazaxıstanın Pavlodar şəhərindəki Məşxur Jusup məscidinin üç zalından birini icarəyə götürüb və hər gün orada 150-170 oruc tutan müsəlman üçün iftar süfrəsi təşkil edir.
Qazaxıstan mediasının yaydığı məlumata görə, bunu yerli "Ertis" telekanalına Pavlodar vilayətinin baş imamı Joldas kaji Kospakuli söyləyib.
Onun sözlərinə görə, şəhərin mərkəzi məscidində iftar süfrələrinin təşkili üçün istifadə olunan üç yeməkxana var. Bütün orucluq ayı boyunca zalı icarəyə götürən sahibkar İslamın xeyriyyəçilik prinsipinə əməl edərək Allah-Təalanın rizasını qazanmaq arzusu ilə adının açıqlanmamasını xahiş edib.
Adını da açıqlamamaq istəyən digər bir müsəlman Pavlodar vilayətinin Kızır məscidində ehtiyacı olanlara 900 min təngə - bugünkü məzənnə ilə təxminən 3400 AZN pul paylayıb. Bu barədə Pavlodar vilayəti Müsəlmanları Ruhani İdarəsinin rəsmi portalı məlumat yayıb.
moderator.az