DİN-dən zibillikdən tapılan qadınla bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

Olaylar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə tapılan qadın dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31