Müəllim şagirdə hədə-qorxu gəlib? - Araşdırma başladı

Uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn şikayətçidir. 

İddia edilib ki, təhsil müəssisəsinin "Coğrafiya" fənni üzrə müəllimi Kənan Həsənov həmin məktəbin 11 "c" sinif şagirdini səbəbsiz olaraq təhqir edib:

"Yaranan münaqişə əsnasında müəllim şagirdə hədə-qorxu gəlib. Baş vermiş hadisənin görüntüləri məktəbin təhlükəsizlik kameralarında var. Burada hətta müəllimin şagirdə əl qaldırdığı da müşahidə olunur".

Qeyd edilib ki, Kənan Həsənov eləcə də məktəbin 8 "c" sinif şagirdlərinə qarşı xoşagəlməz ifadələr işlədir:

"İki il öncə şagird və valideynləri təhqir etdiyinə görə Kənan Həsənov 6 "e" sinfinin müvafiq olaraq sinif rəhbəri vəzifəsindən uzaqlaşdırılıb".

Qeyd edilən məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. 

Qurumdan bildirilib ki, müvafiq araşdırma aparırlar:

"Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31