İcra Hakimiyyəti 400 nəfərlik iftar süfrəsi açıb

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 400 nəfərlik iftar süfrəsi açılıb. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək insanlar arasında mənəvi paklığı tərənnüm etdirən müqəddəs Ramazan ayında bütün duaların qəbul olunmasını diləyərək Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişdir. Xalqımız tərəfindən milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşıldığını vurğulayan RİH başçısı şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına dövlət qayğısından da danışmışdır. Həmçinin, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov da çıxış edərək bu müqəddəs ayda xalqımızın əmin-amanlığı və firəvanlığı naminə xoş arzularını çatdırmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31