Xırdalan şəhidlərinin mövlud günləri qeyd olundu - FOTO
27 Aprel 2022 13:15 SosialAbşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülən şəhid Abbasov Səxavət Rizvan oğlunun və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülən şəhid Mehdiyev Rəşad Rəhman oğlunun mövlud günləri qeyd edilib.
Olaylar.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün igidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilib.
Daha sonra tədbirlər Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub, onların həyat və fəaliyyətlərindən söz açılıb.
Abdin Fərzəliyev şəhid ailələri ilə görüşmüş, onların problermləri və qayğıları ilə maraqlanmışdır. RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd etdib.
Şəhid ailələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər