Ətraf mühitə ziyan vuran bələdiyyə sədri cəzalandırılıb

Aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə,  İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində inzibati protokol tərtib edilib. Rəsmi məlumata görə, bu istiqamətdə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31