Aysel 33 yaşını qeyd edib - FOTO
27 Aprel 2022 13:11 SosialSəhnədən gedən Avroviziya təmsilçimiz Aysel Teymurzadə (Adıgözəlzadə) 33 yaşını qeyd edib.
Aysel bu barədə İnstaqramda fotosunu paylaşaraq bu sözləri yazıb:
"Xoş gəldin, 33! Çox minnətdaram! Hər şey üçün Allaha şükür! Ad günü təbrikləri üçün hər kəsə təşəkkürlər! Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Allah sizi qorusun!".
Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Onların üç övladı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31