Natiq Məmmədli: "Hərbi jurnalistikanın inkişaf etdirilməsi bizim üçün prioritetdir"

"Azərbaycanda hərbi jurnalistikanın inkişaf etdirilməsi MEDIA Agentliyinin əsas prioritetidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri MEDIA Agentliyinin şöbə müdiri Natiq Məmmədli səsləndirib. Natiq Məmmədli bildirib ki, bu məsələnin prioritetloyi 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiq etdi. Agentlik rəsmisi deyib ki, bu istiqamətdə keçən il MEDIA bir sıra tədbirlər həyata keçirib və bir qrup jurnalisti bu məqsədlə Türkiyəyə təcrübəyə göndərib.
Natiq Məmmədli cari il ərzində də qeyd edilən istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31