Bakıda səkkiz yaşlı uşaq İNTİHAR ETDİ
27 Aprel 2022 12:46 SosialBakıda intihar hadisəsi baş verib. Hadisə paytaxtın Nəsimi rayonu Naxçıvani küçəsi ev 36-da qeydə alınıb. İntihar edənin azyaşlı olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarından Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, intihar edən İran vətəndaşıdır və onun 8 yaşı var. Belə ki, 2014-cü il təvəllüdlü Ruin Tən Nəmin Kənan İləc yaşadığı evdə özünü asıb.
8 yaşlı uşağın nədən belə bir addım atması hələlik məlum deyil.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31