"Azərsu" və MEDIA Agentliyi jurnalistlər üçün təlim təşkil edib
27 Aprel 2022 12:31 Sosial"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2021-2023-cü illər üzrə "Kommunikasiya Strategiyası"nın Fəaliyyət Planına əsasən media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgə media nümayəndələri üçün təlimlər keçirilib. Təlimdə iştirak edən "OLAYLAR"-ın əməkdaşının verdiyi xəbərə görə təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib.
Təlimdən əvvəl iştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində "Azərsu" ASC-nin həyata keçirdiyi tədbirlər barədə mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb və qeyd edib. Bildirib ki, təlimlər kütləvi informasiya vasitələri nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasını və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək.
Təlimdən öncə "Azərsu" ASC-nin fəaliyyətin ilə bağlı təqdimat keçirilib.
Təlim müzakirələrlə davam edir.