Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vətəndaş qəbulu keçirəcək. Komitədən "Olaylar"a bildirilib ki, qəbul 29 aprel 2022-ci il tarixində, saat 11:30-da Zərdab rayon Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda Kürdəmir, Ucar və Zərdab rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31