"Ayılanda gördüm ki, yanmışam" - VİDEO
26 Aprel 2022 19:40 SosialQayınatası tərəfindən yandırılan gəlin ARB TV-nin efirində yayımlanan "Elgizlə İzlə" verilişinə gətirilib.
Olaylar.az oxu.az-a istinadla xəbər verir ki, yanıq izləri dərin olduğu üçün qadının üzünü efirə vermək mümkün olmayıb.
O bildirib ki, yanarkən özündən gedib: "Evdə maaş üstündə dava oldu. Qayınatam, mən, yoldaşım idik. Kimsə məni arxadan vurdu, ayılanda gördüm ki, yanmışam. Mənim atam fağır adamdır, onlar da bundan istifadə etdilər. Polisə vermədik".
Beş aydır evdə yanıqları ilə mübarizə aparan qadın xəstəxanaya getmək istəmədiyini bildirib.
Qeyd edək ki, verilişdə qadının yaralarında artıq iltihabların olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31