Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
26 Aprel 2022 19:13 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 139 nəfərdir.
Ölkədə son sutka ərzində 4 132, hazırkı dövrədək isə 6 801 484 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31