Azərbaycanda 43 yaşlı məşhur həkim VƏFAT ETDİ - FOTO
26 Aprel 2022 14:15 SosialMilli Onkologiya Mərkəzinin həkimi Rəhmət Bağırov 43 yaşında dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, bu barədə həkimin yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Həkimin bu gün səhər saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir. Qəfildən ürək ağrısından şikayət edən həkim üçün təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, R. Bağırov Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2010-cu ildən Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsində cərrah-onkoloq vəzifəsində çalışıb.

Gundem.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31