"Sputnik" dezinformasiya yaymaqla məşğul olur-Deputat
26 Aprel 2022 11:41 SosialAzərbaycanda Rusiyanın "Sputnik" xəbər agentliyi fəaliyyət göstərir. Bu agentlik dezinformasiya yaymaqla məşğul olur."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib. Deputat "Sputnik"in bağlanması təklifini irəli sürüb və bununla əlaqədar Mətbuat Şurasına, aidiyyəti qurumlara müraciət ünvanlayıb: "Bu agentlik Azərbaycanda bağlanmalıdır. Mən Mətbuat Şurasına və MEDİA-ya müraciət edirəm ki, bununla bağlı tədbir görülsün, "Sputnik" agentliyi Azərbaycanda bağlansın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31