"Pərvin Abıyeva TikTok-da 35 min dollar görməyib" - VİDEO
25 Aprel 2022 12:23 SosialAktyor Elzan Rəsulov sənət adamlarının TikTok sosial şəbəkəsindən qazandığı pullardan danışıb.
Aktyor "Səhər mərkəzi" verilişində artıq sosial şəbəkəyə girmədiyini söyləyib:
"Məni izləyən bilir ki, 2 aydır orada oynamıram. TikTok-da yarışan ilk məşhur mən olmuşam".
Elcan aktrisa Pərvin Abıyevanın TikTok-dan 35 min dollar qazanması məsələsinə toxunub:
"Əslində orada bu cür deyil. Pərvin Abıyeva da orada real 35 min dollar görməyib. Rəqəm hesabı ilə görür. Qazandığının hamısı sənə qala bilməz. Orada xərcləməlisən də. Tam yarısını ora geri dönüş etməlisən. Qazandım, götürdüm kimi bir şey yoxdur".
Qeyd edək ki, Pərvin Abıyeva TikTok-dan ilk ay 35 min dollar qazandığını açıqlayıb.
Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31