Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
14 Fevral 2022 18:40 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2749 yeni yoluxma faktı qeydə alınıb, 3971 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 747 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8251, ötən müddət ərzində isə ümumilikdə 6 398 476 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31