Millət vəkili Cavanşir Paşazadə seçiciləri ilə görüşüb

Millət vəkili Cavanşir Paşazadənin Lənkəranın Vilvan kəndində baş tutan görüşü zamanı Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın ruhları yad edildi. "Olaylar" xəbər verir ki, seçiciləri qarşısında çıxış edən Cavanşir Paşazadə qeyd edib ki, "44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Bu gün qaldırılacaq şəxsi və sosial problemlər ya yerindəcə həll olunacaq və ya müfaviq qurumlar qarşısında məsələlər qaldırılacaqdır. Sizinlə görüşümüzün arxasında da cənab Prezidentin apardığı uğurlu siyasət durur."

Görüşdə seçicilərdən İltifat Cavadov, Ziya Məmmədov, Əliniyaz Ağayev və digərləri ölkədə gedən iqtisadi, siyasi və sosial sahələrdə mövcud inkişafı vurğulamış, millət vəkilinə təşəkkürlərini bildirmişlər. Qeyd edək ki, millət vəkili rayon sakinləri ilə görüşləri davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31