"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Saatlıda qurulacaq
14 Fevral 2022 12:58 Sosial"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir. Bu dəfə "Səyyar qəbul otağ"ı Saatlı rayonu, Naharlı kəndində təşkil olunacaq.
"OLAYLAR"-a İstehsalat Birliyindən verilən xəbərə görə, fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31