Əfv Sərəncamı ilə 625 məhkum azadlığa buraxılıb

Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq ötən il Əfv Sərəncamı ilə 625 məhkum azadlığa buraxılıb. Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, ölkə Prezidentinin təşəbbüsü ilə Zəfər Günü münasibətilə qəbul edilmiş amnistiya aktının icrası davam edir. Ədliyyə orqanları və məhkəmələr tərəfindən bu günədək artıq 12.300-dən çox şəxsə tətbiq edilib.

Amnistiyanın tətbiqi nəticəsində isə 8.100-ə yaxın şəxs ayrı-ayrı cəzalardan, o cümlədən 2.700-dək məhkum azadlıqdan məhrum etmə cəzasından azad edilib, 3.400-dən çoxunun isə cəza müddəti azaldılıb. Məhkəmələrin icraatında olan cinayət işləri üzrə isə 800 nəfərə yaxın şəxsə amnistiya tətbiq edilərək onlardan yarıdan çoxu cəzadan azad edilib və ya cəza müddətləri azaldılıb, 150-dək şəxs barəsində isə cinayət təqibinə xitam verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31