4.900 məhkuma elektron qolbaq tətbiq edilib

Məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 5.700-dək şəxs inzibati məsuliyyətə cəlb edilib. Ədliyyə Nazirıiyindən "Olaylar"a bildirilib ki,  3.300-dən çox nəfər inzibati qaydada həbs olunub. Görülmüş məcburi icra tədbirləri nəticəsində aliment, pul tələbi və digər ödəmələr üzrə məhkəmə qərarlarını icra etmiş 2.600-dən artıq borclunun üzərindən ölkəni tərk etmək məhdudiyyəti götürülüb. Cəzalara məhkum olunmuş şəxslərə 4.900-ə yaxın elektron qolbaq tətbiq edilib. Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 540-dək cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2,6 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31