Ədliyyə Nazirliyi tərəfindən 2.400-dək normativ hüquqi akt layihəsi hazırlanıb

Respublikamızın iqtisadi inkişafına, insanların sosial təminatının yaxşılaşdırılmasına yönəlmiş və digər mütərəqqi tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən 2.400-dək normativ hüquqi akt layihəsi hazırlanıb. Nazirlikdən "Olaylar"a bildirilib ki,  eyni məqsədlər üçün 3.500-dən çox akt hüquqi ekspertizadan keçirilib. Vətəndaşların milli qanunvericiliyə əlçatanlığı yaxşılaşdırılaraq e-qanun.az elektron bazasının yeni, funksionallığı və interaktivliyi ilə fərqlənən versiyası yaradılıb və istifadəyə verilib. Həmin resursdan bəhrələnənlərin sayı ötən il 2,8 milyonu ötüb.

Eyni zamanda ölkə həyatının bütün sahələrində inkişaf strategiyasının, bununla bağlı dövlət başçısının müdrik siyasətinin və mühüm çağırışlarının, həyata keçirilən məqsədyönlü işlərin, o cümlədən ədliyyə və məhkəmə islahatlarının ictimaiyyətə çatdırılması məqsədilə nazirlik tərəfindən 8.300-dən çox maarifləndirmə tədbirləri keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31