Koronavirusa görə bağlanan daha iki məktəbdə əyani tədris bərpa olundu
14 Fevral 2022 10:40 SosialPaytaxtdakı 287 nömrəli "Zəkalar" liseyi və 320 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.
"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31