COVID-19 zamanla fəsli virusa çevriləcək - AÇIQLAMA
13 Fevral 2022 20:16 Sosial"Kollektiv immunitetin yaranması iki yolla olur".
Olaylar.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib.
O bildirib ki, bu, yoluxma və vaksinasiya nəticəsində olur: "Əhalinin təxminən 47-48 faizi tam peyvənd olunub. Peyvəndləmə sıx vaxtda aparıldıqda bu zaman kütləvi immunitet yaranır. Kollektiv immunitet dedikdə ayrıca ölkə deyil, dünya əhalisinin vaksinasiyası nəzərə alınmalıdır. Virus getdikce potagenliyini itirir. Vaxt keçdikcə, dəfələrlə peyvənd olunduqca, infeksiyanın pandemik gücü ortadan çıxacaq. Bu, zamanla fəsli virusa çevriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31