Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 929 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1761, buster doza üzrə vaksinasiya olunanların sayı isə 39 274 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 478 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 458, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 764 254, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 446 545 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31