Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
13 Fevral 2022 18:54 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6841 yeni yoluxma faktı qeydə alınıb, 6772 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 745 169 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 686 088 nəfər müalicə olunaraq sağalıb, 9050 nəfər vəfat edib, aktiv xəstə sayı 50 031 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 387, ötən müddət ərzində isə ümumilikdə 6 390 225 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31