Bu şəxslərin DİQQƏTİNƏ - Son tarixə 3 gün qaldı... - VİDEO

Olaylar.az bildirir ki, buster dozanın vurulması üçün verilən son tarixə 3 gün qalıb.

Yəni fevralın 15-dən etibarən buster doza vaksin olunmayanların vaksin sertifakları etibarsız hesab olunacaq. Bəs vətəndaşlar bununla bağlı nə qədər məlumatlıdırlar.

Fevralın 15-dən etibarən 3-cü doza vaksin olunmayan şəxslərin vaksin sertifikatları etibarsız hesab olunacaq. Məhz bu tarixdən sonra girişinə yalnız vaksin sertifikatı ilə icazə verilən obyektlərin qapıları buster dozasını vurdurmayan vətəndaşların üzünə bağlanacaq...

Son tarixə 3 gün vaxt qalsa da, hələ də buster doza vurdurmayanlar var.

Bununla belə 3-cü dozanı vurduran kifayət qədər vətəndaş da var.

Vətəndaşlar arasında ümumiyyətlə buster doza haqqında məlumatsız olanlar da var.

Həkim-infeksionist Könül İsmayılova insanlar arasında çaşqınlıq yaradan məsələyə aydınlıq gətirib.

Həkim-infeksionist onu da qeyd edib ki, omikron ştamının sürətlə yayıldığı bu dönəmdə, insanlar öz təhlükəsizlikləri üçün buster doza peyvənd olunmalıdırlar.

Əməkdaşlarımız paytaxt sakinlərinin fikirlərini öyrəniblər.

xəzərxəbər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31