Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 692 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1788, buster doza üzrə vaksinasiya olunanların sayı isə 38 835 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 434 328, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 264 564, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 762 493, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 407 271 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31