Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5948 yeni yoluxma faktı qeydə alınıb, 7060  nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 738 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 679 316 nəfər müalicə olunaraq sağalıb, 9027 nəfər vəfat edib, aktiv xəstə sayı 49 985 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 844, ötən müddət ərzində isə ümumilikdə 6 372 838 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31