Müqəddəs atributlarımızı çirkli qazanc mənbəyinə çevrilməyə qoymayaq-Hüquq müdafiəçisindən ÇAĞIRIŞ

"Biz vaxtında təklif etdik ki, işğaldan azad edilmiş ərazilərimizlə bağlı, Vətən Müharibəsində ordumuzun qəhrəmanlığını simvollaşdıran atributlarla və onlardan istifadə ilə bağlı xüsusi qaydalar müəyyən edilsin. Artibutların hazırlanması, istehsalı və satışı üzərində "YAŞAT" fondunun, yaxud başqa bir qurumun monopliyası təmin edilsin. Təssüf ki, nəzərə alınmadı. İndi əlində rəngli printeri olan istənilən şəxs (qurum və s.) müqəddəs adları istismar edə, onu çirkli qazanc mənbəyinə çevirə bilir".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov özünün facebook sosial şəbəkə hesabında qeyd edib. O bildirib ki, müqəddəs adlar çirkli qazanc mənbəyi olmamalıdır:

"Özünə hörmət edən insanlar da belə yalançı təltivlərdən imtina etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31