Parklanmaya görə cərimələri kim yazacaq?

"Parklanma ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında" və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31