Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı

Milli Məclis Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların daha 1 il müddətinə dayandırılmasını nəzərdə tutan layihəni qəbul edib. "Olaylar"ın məlumatına görə, bununla bağlı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu il yanvarın 1-də bitib. Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31