Çoxmərtəbəli binalar bələdiyyələrə verilir?

"Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalı, çoxmərtəbəli binaların idarə olunması bələdiyyələrə tapşırılmalıdır". "Olaylar" xəbər verir ki, bunu parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri qeyd edib ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması üçün mənzil mülkiyyətçilərinin 50 faizindən çoxu toplaşmalıdır: "Halbuki mənzil mülkiyyətçilərinin 50 faizindən çoxunu bir araya toplamaq mümkün olmur. Nəticədə, bu haldan işbazlar yararlanır. Ona görə, mənzil istismar sahələrinin funksiyaları genişləndirilib, bələdiyyələrin səlahiyyətinə verilməsi yaxşı olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31