Mina qurbanlarına və onların ailələrinə təmannasız maliyyə dəstəyi göstəriləcək

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların  ailələrinə kiçik biznesin yaradılması" adlı növbəti layihəsinin icrasına başlayır.

"OLAYLAR"-a İctmai Birlikdən daxil olan məlumata görə, layihənin məqsədi Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə təmannasız maliyyə dəstəyinin göstərilməsi yolu ilə onların iqtisadi inteqrasiyasına nail olmaqdan, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına və ləyaqətlə yaşamasına kömək etməkdən ibarətdir. Bunun üçün hər rayondan olan bir mina qurbanına və onun ailəsinə özlərinin işlədə biləcəkləri kiçik biznes sahəsinin yaradılması nəzərdə tutulur.

Layihənin icra müddəti 4 aydır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31